QR CodeQR Code

Pelosi: ABŞ-da işsizlik səviyyəsi rekord həddədir

IslamTimes , 7 Oct 2020 23:09

İslamTimes: ABŞ-da işsizlik səviyyəsi "Böyük Depressiya" böhranından (1929-1933 illər) bu günədək görülməmiş bir səviyyəyə çatıb.


ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Twitter sosial şəbəkəsində yazıb: "Ölkəmizdəki işsizlik səviyyəsi "Böyük Depressiya" böhranından bu günədək görülməmiş bir səviyyəyə çatıb. Amma hələ də prezident Tramp ailələri, işçiləri başlı başına qoyaraq, iqtisadiyyat sahəsindəki ağrı-acıları yaşatmağa davam edir!"

Nensi Pelosi daha öncələr də Donald Trampın koronavirus pandemiyası ilə bağlı "Dirçəliş" adlı dəstək paketinə yanaşmasını tənqid edərək bildirmişdi ki, Tramp yalnız öz mənfəətini güdür və öz maraqlarını ölkənin maraqlarından üstün tutur.

Xanım Pelosi bildirib ki, Trampın koronavirus pandemiyası səbəbindən zərər çəkənlərə dəstək paketi hazırlanması müzakirələrindən çıxması Ağ Evin nə qədər nizamsız bir halda olduğunu göstərir.
 


Story Code: 890795

News Link :
https://www.islamtimes.org/az/news/890795/pelosi-abş-da-işsizlik-səviyyəsi-rekord-həddədir

Islam Times
  https://www.islamtimes.org