0
Thursday 8 October 2020 - 11:12

Ermənistanda son sutkada 718 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Story Code : 890866
Ermənistanda son sutkada 718 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ermənistanda indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 54 473 nəfər çatıb.

Son sutkada 9 nəfər koronavirusdan ölüb, bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 1 004 nəfər çatıb.