QR CodeQR Code

Trampın köməkçisi daha 3-4 ölkənin işğalçı İsraillə rabitə yaradacağını söyləyib

8 Oct 2020 07:16

İslamTimes: Yaxın bir neçə ay ərzində azı 3-4 dövlət işğalçı İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmalara qoşula bilər.


APA “TASS”-a istinadən xəbər verir ki, bunu Nevada ştatında çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen bildirib.

“Hazırda “İbrahim razılaşması”na qoşulmaq istəyi ilə bağlı bir sıra ərəb ölkələri ilə təmasdayıq”, - O’Brayen belə deyib. Onun sözlərinə görə, bunun baş verməsi ehtimalı böyükdür.

“Düşünürəm ki, yaxın bir neçə ayda bu istiqamətdə real irəliləyiş olacaq və azı üç-dörd ölkə də “İbrahim razılaşması”na qoşulacaq. Hesab edirəm ki, bu, Yaxın Şərqdəki vəziyyəti tamamilə dəyişəcək”, - deyə O’Brayen əlavə edib.

 


Story Code: 890867

News Link :
https://www.islamtimes.org/az/news/890867/trampın-köməkçisi-daha-3-4-ölkənin-işğalçı-israillə-rabitə-yaradacağını-söyləyib

Islam Times
  https://www.islamtimes.org