0
Thursday 8 October 2020 - 11:56

Türkiyə Prezidenti: “Ermənistan ağır məğlubiyyətə düçar olub”

Story Code : 890882
Türkiyə Prezidenti: “Ermənistan ağır məğlubiyyətə düçar olub”
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistan ağır məğlubiyyətə düçar olandan sonra Türkiyənin münaqişəyə cəlb olunduğunu iddia edir. Bu, Ermənistanın küncə sıxışdığının və çarəsizliyinin sübutudur”, - deyə Türkiyə Prezidenti qeyd edib.