QR CodeQR Code

Seyid Həsən Nəsrullah: “Səddam təyyarə ilə Ərbəin zəvvarını vururdu”

8 Oct 2020 12:30

İslamTimes: Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (7 oktyabr) axşam İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə çıxış edib.


Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Ərbəin ziyarətinə və bu ziyarətin tarixinə toxunaraq, tarixi sənədlərə və mənbələrə görə Ərbəin ziyarətini ilk ziyarət edən şəxsin (Kərbəla şəhidlərinin 40-cı günü) Cabir ibni Abdullah Ənsari olduğunu və onun İmam Hüseyn (ə.s)-ın ilk Ərbəin zəvvarı kimi qəbul edildiyini bildirib.

Bu mərasimin tarix boyu davam etdiyini, ancaq çağdaş dövrdə və Bəəsçi rəhbərliyin dövründə Səddam rejiminin Ərbəin mərasiminə qarşı çıxdığını və şiələrin yürüş etməsinə icazə vermədiyini və hətta bəzi illərdə bu rejimin İmam Hüseynin (ə) zəvvarlarını təyyarə və helikopterlərlə hədəfə aldığını söyləyib.

Seyid Həsən Nəsrullah deyib ki, Hizbullahın sabiq baş katibi Seyid Abbas Musəvi və o zaman bir qrup tələbə ilə birlikdə, Səddamın cinayətinin şahidi olublar: “Bir neçə İslam ölkəsində İslami Oyanış hərəkatı başladıqdan sonra, xüsusilə də İmam Xomeyninin rəhbərliyi ilə İranda İslam İnqilabının qələbəsi və bölgədə baş verən böyük dəyişiklik, habelə İraqda Səddam Hüseynin süqutundan sonra Ərbəin mərasimlərinin keçirilməsi üçün zəmin yarandı”.

Seyid Həsən Nəsrullah deyib ki, mərasim bu il koronavirusun yayılması ilə bağlı yaranmış narahatlıqlar səbəbindən məhdudlaşdırılıb: “İmam Hüseynin (ə) Ərbəini böyük hadisələrdən biridir və bu cür də hesab olunmalıdır və sirri bundadır ki, zamanla və yaşadılmasına qarşı görülən tədbirlərə baxmayaraq, bu hadisə hələ də unudulmayıb.

İmam Hüseyn (ə) təcrid olunmuş bir şəxsiyyət deyildi, ancaq hadisələr kontekstində və bu əlaqələr səbəbi ilə mövcud idi. Peyğəmbər (s) və Əmirəl-möminin (ə) və Həzrət Zəhra (s.ə) ilə birlikdə və şəxsiyyəti və əxlaqi xüsusiyyətlərinə görə insanlar arasında tanınmış və məşhurlaşmışdı”.

Rəsuləllahın (s) “Hüseyn (ə) mənimdir və mən Hüseyndənəm (ə) !” hədisinə toxunan Hizbullah lideri, belə davam edib: “Bununla İslam Peyğəmbəri (s) yalnız nisbi bir əlaqəni qəsd etməyib, bundan daha ali olduğunu və İmam Hüseyn (ə) ilə aralarındakı əxlaqi və şəxsiyyət əlaqələrindən bəhs edib və İmam Hüseyn (ə.s) bir çox cəhətdən və şəxsiyyət xüsusiyyətlərindən atasına bənzəyirdi.

Bu o deməkdir ki, onu dəstəkləyirsənsə, sanki məni dəstəkləmisən, onunla düşmənçilik edirsənsə, sanki mənimlə düşmən olmuşsan. Onu məni sevmiş kimi sevməlisən. Bu onu tək qoymamaq və ona dəstək olmaq deməkdir”.

Livandakı Hizbullahın Baş katibi də İnqilabın Ali Rəhbərinin açıqlamalarına və tövsiyələrinə toxunub və koronavirusun baş verməsi baxımından bu mövzuda verdiyi tövsiyələrə əməl edilməli olduğunu və Ərbəin ziyarətinin məsafədən edilməli olduğunu söyləyib.


Story Code: 890889

News Link :
https://www.islamtimes.org/az/news/890889/seyid-həsən-nəsrullah-səddam-təyyarə-ilə-ərbəin-zəvvarını-vururdu

Islam Times
  https://www.islamtimes.org