0
Wednesday 3 August 2011 - 11:36

Hacı Mövsümdən "Yüzminlik müraciət" kampaniyasına dəstək

Story Code : 89090
Hacı Mövsümdən "Yüzminlik müraciət" kampaniyasına dəstək
Hacı Mövsümdən "Yüzminlik müraciət" kampaniyasına dəstək
AİP sədri Hacı Mövsüm Səmədov və digər hicab məhbuslarının məhkəməsi davam edir. Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov avqust ayının 2-də müvəkkili ilə görüşüb. Vəkil bildirib ki, AİP sədrinin səhhəti, əhval-ruhiyyəsi yaxşıdır. Hacı Mövsümün mübarək Ramazan ayının başlanması münasibətilə təbrik mesajını çatdıran vəkil, eyni zamanda AİP sədrinin hicaba görə "Prezidentə yüzminlik imza" kampaniyasına dəstək bəyanını da çatdırdı: “Hacı Mövsüm 1 aydır ki, davam edən "Yüzminlik müraciət" imzatoplama kampaniyası haqqında fikirlərini bildirmişdir. Hacı Mövsüm də hicab kampaniyasını dəstəkləyir. Hicaba qoyulmuş qadağa ilə bağlı aparılan hər bir dinc mübarizə Hacı Mövsüm Səmədov tərəfindən dəstəklənir”. Deyerler.org
Comment