QR CodeQR Code

Hüsnü Mübarəkin məhkəməsi başlayır

3 Aug 2011 11:44

IslamTimes - Mübarək Şarm-əş-Şeyxdən vertolyotla Qahirəyə aparılıb


Bu gün Qahirədə Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəmə prosesi başlayır.
Milli.Az xəbər portalının "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, bu məqsədlə Şarm-əş-Şeyxdə müalicə alan 83 yaşlı Mübarək vertolyotla Qahirəyə aparılıb.

Sabiq Misir prezidenti diktator Hüsnü Mübarəklə yanaşı, məhkəmə qarşısına onun 2 oğlu, sabiq daxili işlər naziri Həbib Adli və daha 6 keçmiş məmur da çıxarılır. Onlar 2011-ci ilin yanvar-fevral aylarında hökumət əleyhinə keçirilən nümayişlər zamanı 850 nəfərin qətlində təqsirləndirilirlər.


Story Code: 89092

News Link :
https://www.islamtimes.org/az/news/89092/hüsnü-mübarəkin-məhkəməsi-başlayır

Islam Times
  https://www.islamtimes.org