0
Thursday 8 October 2020 - 18:31

Ksincer Çinlə ABŞ arasındakı gərginliklərə görə narahat olduğunu bildirib

Story Code : 890933
Ksincer Çinlə ABŞ arasındakı gərginliklərə görə narahat olduğunu bildirib
"Bloomberg" nəşriyyəsi 97 yaşlı Ksincerin belə dediyini yazıb: "Amerika və Çin rəhbərləri bir-birləri ilə hansısa mövzu ətrafında mübahisə edən zaman bir sərhəd tanımalıdırlar. Əks halda iki ölkənin bir-birinə qarşı hədə-qorxuları daha da artacaq. Sərhəd təyin edildikdən sonra bu siyasətin uzun müddətli olması üçün bir yol tapmalıyıq. Ola bilər ki, belə bir hədd gözləmənin mümkünsüz olduğunu söyləyəsiniz. Elə olsa birinci dünya müharibəsindəki kimi bir şəraitlə üzləşəcəyik!"

Ksincer ABŞ liderlərinin  "yeni düşüncə tərzinə" ehtiyacları olduğunu söyləyib. O bildirib ki, dünya strateji və iqtisadi üstünlüyü ələ almış bir ölkə tərəfindən birtərəfli şəkildə idarə oluna bilməz. Belə olarsa digər ölkələr tərəfindən həmin ölkəyə qarşı təhdidlər də artar!
Source : IslamTimes