0
Thursday 8 October 2020 - 19:35

ABŞ-ın 24 saat belə sürməyən "mərhəmət" hissi

Story Code : 890945
ABŞ-ın 24 saat belə sürməyən "mərhəmət" hissi
ABŞ Dövlət Departamentinin sözçüsü xanım Morqan Ortequsun rəsmi Vaşinqtonun İran xalqının sağlamlığına görə narahat olduğunu iddia etməsindən 24 saat keçməmiş ABŞ İrana qarşı yeni sanksiyalar hazırladığını bildirib. Amerikanın bu iki üzlülüyü artıq kimsəni təəccübləndirmir. Bir neçə  gün öncə ABŞ dövlət katibi Mayk Pompeonun sevinc hissi ilə "İran xalqı üçün həyatı çətinləşdirmişik" söyləməsindən sonra ötən gün Morqan Ortequsun "İran xalqının sağlamlığına görə narahatıq, İrana kömək təklif edirik" deməsi "timsahın göz yaşları" kimi qəbul edildi. Ortequsun "İrana kömək təklifi"ndən 24 saat ötməmiş ABŞ Prezidentinin Administrasiyası İrana qarşı yeni maliyyə sanksiyaları tətbiq olunacağını bəyan etdi.

ABŞ-ın beynəlxalq öhdəliklərindən əlavə, öz vədlərinə belə əməl etməməsi dünya ölkələrinin bu ölkədən uzaqlaşmasına səbəb olub. Bəlkə də elə bu səbəbdən ABŞ-ın İrana qarşı irəli sürdüyü layihə BMT Təhlükəsizlik Şurasında cəmi bir ölkə tərəfindən dəstəkləndi!