QR CodeQR Code

Tramp növbəti dəfə koronavirus testi verib

10 Oct 2020 08:24

İslamTimes: ABŞ prezidenti Donald Tramp bildirib ki, növbəti dəfə koronavirus testi verib.


Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, onun COVID-19 testi mənfi olub. Trampın sözlərinə görə, onun orqanizmi virusdan təmizlənib.

ABŞ prezidenti xəstəliyindən də danışıb. "Mən özümü belə hiss etmirdim, necə ki ABŞ prezidenti özünü hiss etməlidir", - Tramp deyib.

"Bu daha çox zəiflikdir. Mən yorğun idim", - o əlavə edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, daha heç bir dərman qəbul etmir. Son dərmanı təxminən səkkiz saat əvvəl qəbul edib.


Story Code: 891205

News Link :
https://www.islamtimes.org/az/news/891205/tramp-növbəti-dəfə-koronavirus-testi-verib

Islam Times
  https://www.islamtimes.org