QR CodeQR Code

Düşmənin ağır döyüş texnikaları məhv edilib

10 Oct 2020 10:36

İslamTimes: Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir.


Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 10-u səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, döyüşlər davam edir.


Story Code: 891219

News Link :
https://www.islamtimes.org/az/news/891219/düşmənin-ağır-döyüş-texnikaları-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org