QR CodeQR Code

Çin: ABŞ dünyanın sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdiddir!

IslamTimes , 11 Oct 2020 01:08

İslamTimes: Çinin BMT-dəki daimi nümayəndəsinin müavini BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın qlobal sabitlik və strateji təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib


Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qanq Şuanq ABŞ nümayəndəsinin Pekinə qarşı ittihamlarını yalanlayıb.

CGTN xəbər kanalının məlumatına görə Birləşmiş Millətlər Təşkilatının 75-ci illik sessiyasında Qlobal Təhlükəsizliklə bağlı müzakirələr zamanı Çin rəsmisi deyib: "ABŞ qlobal sabitlik və strateji təhlükəsizlik üçün ən böyük təhdiddir!"

Çinli diplomat əlavə edib: "Hal-hazırda ABŞ nümayəndəsi Covid-19 virusunun yayılması ilə bağlı Çinə qarşı əsassız ittihamlar irəli sürərək bir daha BMT-də "siyasi virus" yaydı. Qeyd etməliyəm ki, amerikalıların məsuliyyəti öz üzərindən atma cəhdləri onların pandemiyaya qarşı mübarizədə yol verdiyi səhvləri ört-basdır etməyəcək və Vaşinqton beynəlxalq ictimaiyyəti aldatmağa nail olmayacaq!"


Story Code: 891384

News Link :
https://www.islamtimes.org/az/news/891384/çin-abş-dünyanın-sabitliyi-və-təhlükəsizliyi-üçün-ən-böyük-təhdiddir

Islam Times
  https://www.islamtimes.org