QR CodeQR Code

Sionistlərin Fələstin xalqına qarşı amansızlığı davam edir

IslamTimes , 11 Oct 2020 01:37

İslamTimes: Onlarla fələstinli sionistlərin atdığı gözyaşardıcı qaz nəticəsində xəsarət alıb


"İsraillə rabitələrin normallaşdırılması" qatarına qoşulan dövlətlərə qarşı Qüdsdə keçirilən etirazlara Sionist İsrail ordusu müaxilə edib. Aksiyada iştirak edən fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edildiyi üçün onlarla fələstinlinin bu qaz səbəbindən nəfəs almasında ciddi problem yaranıb.

Fələstinin "Vətən" xəbər saytı şahidlərə istinadən bildirib ki, işğalçı İsrail ordusu aksiya keçirilən məntəqəyə hücum edərək, etirazçılara səs bombaları, rezin güllələr və gözyaşardıcı qazla müdaxilə edib. Bu hücum nəticəsində çox sayda uşaq da daxil olmaqla onlarla fələstinlinin yaralandığı xəbər verilir.

Daha çox tədbir formatında baş tutan etiraz yığıncağı Qüdsün şimal-qərbindəki Rafat qəsəbəsindəki Fəth hərəkatının dəvəti ilə təşkil edilmişdi. Əhali bu aksiyada iştirak etməklə İsrail rejimi əsirliyində olan fələstinlilərə sadiq qaldıqlarını və "Əsrin müqaviləsi" layihəsi çərçivəsində işğalçı İsraillə rabitələrin normallaşdırılmasına qarşı olduqlarını bildiriblər.


Story Code: 891385

News Link :
https://www.islamtimes.org/az/news/891385/sionistlərin-fələstin-xalqına-qarşı-amansızlığı-davam-edir

Islam Times
  https://www.islamtimes.org