0
Sunday 11 October 2020 - 01:45

Pakistan Azərbaycan və Ermənistan arasında sülhü müsbət qarşıladı

Story Code : 891386
Pakistan Azərbaycan və Ermənistan arasında sülhü müsbət qarşıladı
"Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət  inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.

APA-nın xəbərinə görə, bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb.

“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək", - Pakistan XİN bildirib.