0
Sunday 11 October 2020 - 02:00

Fransada virusa rekord yoluxma qeydə alındı

Story Code : 891387
Fransada virusa rekord yoluxma qeydə alındı
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Belə ki, ölkədə koronavirusa yoluxma hallarının gündəlik artım göstəricisinin rekord səviyyəsi - 26 896 yeni yoluxma qeydə alınıb.

Son bir gündə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 54 nəfər vəfat edib.

Fransada ümumilikdə 718 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 684 nəfər vəfat edib.

Son yeddi gün ərzində ölkədə 4 999 nəfər xəstəxanaya aparılıb, onların 928 nəfəri reanimasiyaya yerləşdirilib.