0
Sunday 11 October 2020 - 09:01

ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib

Story Code : 891422
ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch” nəşrinin dərc etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, radarlardan və lazerdən qorunma sistemlərinə sahib olan qırıcıya əlavə olaraq, ən müasir hava-hava raketləri – “K-77” və “R-37M” raketləri quraşdırılıb ki, bu da təyyarənin düşmən hava qüvvələrinin elit bölmələrinə tab gətirə bilməsini şərtləndirir.

Xüsusi idarəetmə sisteminə malik  “K-77” raketi 195 kilometr məsafədə və uzun məsafələrdə hərəkətdə olan yüksək manevrli döyüş obyektlərinin hədəfdən yayınmasını çətinləşdirir.

Hipersəsli sürətə hesablanmış “R-37M” raketi isə 400 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.