QR CodeQR Code

İran mətbuatı Ermənistanın vəhşiliyini işıqlandırdı

IslamTimes , 11 Oct 2020 12:15

İslamTimes: İran KİV-i atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan işğalçılarının Gəncədə yaşayış binasını raketlə vurduğundan yazdı


İran İslam Respublikasının rəsmi xəbər agentlikləri atəşkəs elan edilməsinə baxmayaraq, paytaxt Bakıdan 368 km məsafədə yerləşən Gəncə şəhərində çox mənzilli yaşayış binasının işğalçı Ermənistan ordusu tərəfindən raketlə hədəf almasından yazıblar.

İranın "İRNA", "İRİBnews", "FarsNews", "ANA.press" və bir çox digər saytları atəşkəs elan edilməsindən sonra işğalçı Ermənistan ordusunun mülki əhali yaşayan ərazini raketlə vurması nəticəsində ən az 7 nəfərin həlak olduğunu və hələ də dağıntılar altında kimlərinsə ola biləcəyini bildirib.

Hikmət Hacıyevin bəyanatını işıqlandıran İran KİV-i Ermənistan tərəfinin həyasızcasına hücumdan bir neçə saat sonra Gəncədə yaşayış binasını vurmadığını iddia etdiyindən də xəbər verib.


Story Code: 891443

News Link :
https://www.islamtimes.org/az/news/891443/iran-mətbuatı-ermənistanın-vəhşiliyini-işıqlandırdı

Islam Times
  https://www.islamtimes.org