QR CodeQR Code

Bayden: Müttəfiqlərimizdən qalxan kimi istifadə etməyəcəyik!

IslamTimes , 11 Oct 2020 16:07

İslamTimes: Co Bayden: "Donald Tramp dövlətinin siyasətlərini davam etdirmək axmaqlıqdır!"


2020-ci il ABŞ prezident seçkilərində Demokrat partiyasının namizədi olan Co Baydenin məsləhətçilərindən biri Baydenin hazırkı prezidentdən fərqli olaraq hakimiyyətə gələcəyi təqdirdə müttəfiqlərindən qalxan kimi istifadə etməyəcəyini bildirib.

Brayan Makkuin deyib: "Demokrat partiyasının namizədi Amerikanın müttəfiqlərinə bir gəlir mənbəyi kimi yanaşmayacaq. Co Bayden müttəfiqlərlə həmkarlığı genişləndirməyi düşünür. Hazırkı ABŞ prezidenti uzun zaman Amerikanın müttəfiqi olmuş ölkələrə belə bir gəlir mənbəyi kimi baxır. Bayden ABŞ əsgərlərinin xərcləri ilə bağlı Cənubi Koreya ilə dondurulmuş müzakirələri də yenidən başlatmaq niyyətindədir. Biz Tramp kimi Amerikanın müttəfiqlərindən bir qalxan olaraq istifadə etmək istəmirik!"

Co Bayden özü isə deyib: "Donald Tramp dövlətinin siyasətlərini davam etdirmək axmaqlıqdır. Gələcəyimizi düşünməliyik. Ölkənin gələcəyini quran siz özünüzsünüz!


Story Code: 891463

News Link :
https://www.islamtimes.org/az/news/891463/bayden-müttəfiqlərimizdən-qalxan-kimi-istifadə-etməyəcəyik

Islam Times
  https://www.islamtimes.org