0
Sunday 11 October 2020 - 18:26

BMT: 2020-ci ildə 24 min yəmənli ailə evsiz-eşiksiz qalıb

Story Code : 891480
BMT: 2020-ci ildə 24 min yəmənli ailə evsiz-eşiksiz qalıb
Birləşmiş Millətlər Təşkilatının Yəməndə olan Qaçqınlar üzrə Ali Komissarlığı Tvitterdə yazıb ki, 2020-ci ilin yanvar-sentyabr ayları arasında təxminən 24 min yəmənli evindən didərgin düşüb. Hazırda 13 mindən çox ailə İmmiqrasiya Təşkilatının himayəsi ilə 55 qaçqın düşərgəsində yerləşdirilib.

Təşkilat iyul ayında bildirmişdi ki, yanvar ayından iyul ayınadək 100 mindən çox yəmənli münaqişə və qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə əsasən, altı ildir davam edən qarşıdurma Yəməni dünyanın ən pis humanitar böhranı yaşanan ölkəyə çevirib. Hazırda Yəmən əhalisinin təxminən 80 faizi humanitar yardıma ehtiyac duyur.
Source : IslamTimes