QR CodeQR Code

BMT: 2020-ci ildə 24 min yəmənli ailə evsiz-eşiksiz qalıb

IslamTimes , 11 Oct 2020 18:26

İslamTimes: BMT Səudiyyə Ərəbistanının başına bomba ələdiyi Yəmən xalqının durumu haqda xəbərdarlıq etdi!


Birləşmiş Millətlər Təşkilatının Yəməndə olan Qaçqınlar üzrə Ali Komissarlığı Tvitterdə yazıb ki, 2020-ci ilin yanvar-sentyabr ayları arasında təxminən 24 min yəmənli evindən didərgin düşüb. Hazırda 13 mindən çox ailə İmmiqrasiya Təşkilatının himayəsi ilə 55 qaçqın düşərgəsində yerləşdirilib.

Təşkilat iyul ayında bildirmişdi ki, yanvar ayından iyul ayınadək 100 mindən çox yəmənli münaqişə və qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə əsasən, altı ildir davam edən qarşıdurma Yəməni dünyanın ən pis humanitar böhranı yaşanan ölkəyə çevirib. Hazırda Yəmən əhalisinin təxminən 80 faizi humanitar yardıma ehtiyac duyur.


Story Code: 891480

News Link :
https://www.islamtimes.org/az/news/891480/bmt-2020-ci-ildə-24-min-yəmənli-ailə-evsiz-eşiksiz-qalıb

Islam Times
  https://www.islamtimes.org