0
Monday 12 October 2020 - 08:57

Ayətullah Nuri Həmədani: "Qarabağ işğaldan azad edilməlidir; Azərbaycan xalqının yanındayıq!"

Story Code : 891555
Ayətullah Nuri Həmədani: "Qarabağ işğaldan azad edilməlidir; Azərbaycan xalqının yanındayıq!"
Böyük təqlid mərcəsi Ayətullah əl-üzma Nuri Həmədani Azərbaycan dindarlarının Qarabağla bağlı verdiyi sualın cavabında deyib:

Bismillahir-Rəhmanir-Rəhim

Salam ələykum

Azərbaycanla bağlı məlumatıma əsasən və bu ölkəyə səfərim zamanı onun əhalisinin bir hissəsi ilə də görüşüm oldu – həmin səfərdə vurğuladım ki, Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qayıtmalıdır, Qarabağ, Azərbaycan şiələrinin inqilabçı əhval-ruhiyyəsi ilə azad olunmalıdır.

Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz bu ölkənin şiələrinin yanındayıq və onların istəklərinin həyata keçməsinin vacibliyinə inanırıq.

10 oktyabr, 2020