QR CodeQR Code

Ayətullah Nuri Həmədani: "Qarabağ işğaldan azad edilməlidir; Azərbaycan xalqının yanındayıq!"

12 Oct 2020 08:57

İslamTimes: "Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz Azərbaycan xalqının yanındayıq!"


Böyük təqlid mərcəsi Ayətullah əl-üzma Nuri Həmədani Azərbaycan dindarlarının Qarabağla bağlı verdiyi sualın cavabında deyib:

Bismillahir-Rəhmanir-Rəhim

Salam ələykum

Azərbaycanla bağlı məlumatıma əsasən və bu ölkəyə səfərim zamanı onun əhalisinin bir hissəsi ilə də görüşüm oldu – həmin səfərdə vurğuladım ki, Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qayıtmalıdır, Qarabağ, Azərbaycan şiələrinin inqilabçı əhval-ruhiyyəsi ilə azad olunmalıdır.

Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz bu ölkənin şiələrinin yanındayıq və onların istəklərinin həyata keçməsinin vacibliyinə inanırıq.

10 oktyabr, 2020


Story Code: 891555

News Link :
https://www.islamtimes.org/az/news/891555/ayətullah-nuri-həmədani-qarabağ-işğaldan-azad-edilməlidir-azərbaycan-xalqının-yanındayıq

Islam Times
  https://www.islamtimes.org