0
Monday 12 October 2020 - 10:31

İran Ermənistanın vəhşiliyini qınadı - İşğal olunmuş ərazilər boşaldılmalıdır!

Story Code : 891572
İran Ermənistanın vəhşiliyini qınadı - İşğal olunmuş ərazilər boşaldılmalıdır!
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüflənir:

“Beynəlxalq hüquq çərçivəsində danışıqlar başlanmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

İran XİN rəsmisi deyib ki, Tehranda regionda davamlı sülhə nail olmaq üçün bu danışıqları asanlaşdırmağa hazır olduğunu elan edir. /Trend/