QR CodeQR Code

SEPAH-dan Azərbaycana növbəti dəstək - Qarabağ Azərbaycandır!

IslamTimes , 13 Oct 2020 08:44

İslamTimes: “Ermənistan Qarabağı işğal edib, bu torpaqlar Azərbaycana məxsusdur. Ermənistan işğal etdiyi torpaqları təcili tərk etməlidir!”


İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi müavini general Yadullah Cavani bildirib.

Yadullah Cavani bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsasdır. Bu qətnamələrdə 30 ildir böhran yaşanan "Dağlıq Qarabağ" bölgəsinin Azərbaycana aid olduğunun qeyd edilir. General deyib: “Tarixi sənədlər belə Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycanın müsəlman, şiə xalqına aid olduğunu göstərir. Bu konflikt Qarabağı işğal edən Ermənistanın bu torpaqlardan çıxarılması ilə sonuclanmalıdır.”

General Cavani sionist rejimin bu münaqişələrdən faydalanmağa çalışdığını və bəzi tamahkar siyasi qüvvələri ələ alaraq, öz təbliğat maşını vasitəsi ilə İranı Azərbaycanın düşməni kimi göstərməyə çalışdığını bildirib.

General İranın daha öncələr də, 90-cı illərdə Qarabağda göstərdiyi tarixi rolunu xatırladıb və bildirib ki, Azərbaycan və Ermənistan İran İslam Respublikasının Qarabağdakı fəaliyyətindən xəbərdardır.

90-cı illərdə lentə alınmış video materiallardan da göründüyü kimi İran İslam Respublikası həmin dövrlərdə inqilabdan sonra məhdud imkanlara sahib olmasına baxmayaraq Qarabağdakı döyüşlərdə Azərbaycana böyük yardım edib və hətta əskərlərimizə təlimlər belə keçirilib.


Story Code: 891770

News Link :
https://www.islamtimes.org/az/news/891770/sepah-dan-azərbaycana-növbəti-dəstək-qarabağ-azərbaycandır

Islam Times
  https://www.islamtimes.org