0
Tuesday 13 October 2020 - 11:16

Poroşenkoya cinayət işi açıldı

Story Code : 891781
Poroşenkoya cinayət işi açıldı
Publika.az xəbər verir ki, bu barədə vəkil Andrey Portnov məlumat verib.

Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib.

Vəkilin sözlərinə görə, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.

Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.