0
Tuesday 13 October 2020 - 09:30

İran iki həftədən sonra COVID-19 peyvəndini insanlar üzərində sınaqdan keçirəcək

Story Code : 891784
İran iki həftədən sonra COVID-19 peyvəndini insanlar üzərində sınaqdan keçirəcək
APA TASS-a istinadən bildirir ki, bunu İran Səhiyyə naziri Səid Namaki açıqlamasında bildirib.

Nazir qeyd edib ki, İran koronavirusa qarşı peyvəndin inkişaf I istiqamətində müsbət irəliləyişlər əldə edib: “Bir neçə tədqiqat qrupunun birgə əldə etməyə çalışdığı peyvənd artıq meymunlar üzərində sınaqdan keçirilib. İnsanlar üzərində isə qarşıdakı iki-üç həftə ərzində gerçəkləşəcək”.

Səid Namaki əlavə edib ki, bütün bu prosedurlar beynəlxalq standartlara və Ümumdünya Səhiyyə Təşkilatının protokollarına, eləcə də İran Qida və Dərman Təşkilatının normalarına uyğun həyata keçirilib”.