0
Tuesday 13 October 2020 - 10:05

İran İraqla razılığa gəldi: Sərbəst buraxılacaq...

Story Code : 891786
İran İraqla razılığa gəldi: Sərbəst buraxılacaq...
Teleqraf.com xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Abdulnasir Himmeti açıqlayıb.

Abdulnasir Himmeti Bağdada birgünlük rəsmi səfəri çərçivəsində iraqlı həmkarı Mustafa Qalib və İraq Ticarət Bankının sədri Səlim Cavad Əbdülhadi əl-Çələbi, İraqın Baş naziri Mustafa əl-Kazımi və İraq Maliyyə Naziri Əli Abdulemir Allavi ilə görüşüb. O, görüş zamanı aparılan danışıqlar barədə məlumat verib:

“İraq bankları elektrik və təbii qaz ixracatı sayəsində İranın əhəmiyyətli maliyyə qaynaqlarına sahibdir. İranın İraqdakı maliyyə qaynaqları əsas ehtiyacların alınması üçün sərbəst buraxılacaq".

Sözügedən ehtiyacların ABŞ-ın iqtisadi sanksiyaları ilə əhatə olunmadığını bildirən Himmeti, İraq banklarında ölkəsinə aid nə qədər pulun olduğunu açıqlamayıb.