QR CodeQR Code

Həkimi Trampın son koronavirus testlərinin nəticələrini açıqlayıb

13 Oct 2020 09:00

İslamTimes: ABŞ Prezidenti Donald Trampın son dəfə koronavirus üçün verdiyi testlərin nəticələrinin mənfi olduğu iddia edilir


APA TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin həkimi Şona Konlinin Ağ Evin mətbuat katibi Keyli Makineniyə göndərdiyi cavabda bildirilib.

Lakin analizlərin hansı günlərdə aparıldığı qeyd edilməyib.

Qeyd edək ki, ABŞ lideri müalicədən sonra seçki kampaniyası çərçivəsində ilk dəfə tərəfdarları ilə görüşmək üçün bazar ertəsi Florida ştatına gedib.

Xatırladaq ki, oktyabrın 2-də Tramp və həyat yoldaşının koronavirusa yoluxduğu aşkar edilmişdi. ABŞ prezidentinin müalicə müddətində bir neçə dəfə süni tənəfüs aparatından istifadə etdiyi bildirilib.

 


Story Code: 891788

News Link :
https://www.islamtimes.org/az/news/891788/həkimi-trampın-son-koronavirus-testlərinin-nəticələrini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org