0
Tuesday 13 October 2020 - 11:50

Dünyada təkrar koronavirusa yoluxan xəstələr arasında ilk ölüm qeydə alınıb

Story Code : 891792
Dünyada təkrar koronavirusa yoluxan xəstələr arasında ilk ölüm qeydə alınıb
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.

Hollandiyalı alimlərin fikrincə, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın ilk təxminən iki ay sonra ikinci dəfə koronavirusa yoluxub.

Bir neçə gün sonra vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki həftə sonra xəstə vəfat edib.

Hollandiyanın “BNO” nəşri bu hadisənin təkrar infeksiyaya yoluxanlar arasında ilk ölüm olduğunu yazıb.