0
Tuesday 13 October 2020 - 11:34

Ermənilər Tərtərə 300-ə yaxın mərmi atdı

Story Code : 891793
Ermənilər Tərtərə 300-ə yaxın mərmi atdı
Axar.az Report-a istinadən xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.

İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.