QR CodeQR Code

Ermənilər Tərtərə 300-ə yaxın mərmi atdı

13 Oct 2020 11:34

İslamTimes: Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.


Axar.az Report-a istinadən xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.

İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.


Story Code: 891793

News Link :
https://www.islamtimes.org/az/news/891793/ermənilər-tərtərə-300-ə-yaxın-mərmi-atdı

Islam Times
  https://www.islamtimes.org