0
Tuesday 13 October 2020 - 12:13

MAQATE-nin sabiq baş direktoru: “ABŞ-ın İrana təzyiqi nəticə vermir”

Story Code : 891797
MAQATE-nin sabiq baş direktoru: “ABŞ-ın İrana təzyiqi nəticə vermir”
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, misirli diplomat Məhəmməd Əl-Bəradeyi “İnternational” jurnalına verdiyi müsahibəsində bunları deyib: “Nüvə silahı ölkələri nüvə silahlarına güvənə bilməz və bütün digər ölkələrə onlara yaxınlaşmamalarını söyləyə bilməzlər.

İran məsələsini qeyd etdiniz. Təhlükəsizlik təzyiq yox, etibar yaratmaqdır. ABŞ-ın İrana qarşı siyasəti təzyiqdir və mən heç bir halda onun heç bir formada işlədiyini görməmişəm.

Güvən yaratmağa və qarşı tərəfin haradan gəldiyini anlamağa çalışmalısınız”.

Xatırladaq ki, Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxdıqdan sonra ABŞ hökuməti İrana qarşı sanksiyaları bərpa etdi və SEPAH-ın Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymaninin terror edilməsi də daxil olmaqla İrana qarşı təxribatçı siyasət yürütdü.

Tramp İranla müqavilədən çıxmasını “maksimum təzyiq kampaniyası” adlandıraraq, “daha yaxşı bir razılaşma” əldə etmək üçün danışıqlar masasına gəlməyə razı salacağını vəd etmişdi.

Söz verdikdən iki ildən çox bir müddətdə ABŞ hökuməti bu hədəfə çata bilmədi, bu səbəbdən Tramp ABŞ-da, xüsusən də noyabr prezident seçkiləri ərəfəsində müxtəlif qruplar tərəfindən tənqid olundu.

Trampı tənqid edənlər onu İrana dair bir strategiyasının olmamasında, bu ölkə ilə gərginliyi artırmaqda və ABŞ-ı müttəfiqlərindən ayırmaqda ittiham edirlər.