0
Tuesday 13 October 2020 - 13:11

Amerikalı senator Sanders: “Tramp xəstə yalançıdır”

Story Code : 891811
Amerikalı senator Sanders: “Tramp xəstə yalançıdır”
Vermont senatoru Berni Sanders ABŞ-ın prezidenti Donald Trampın ikinci dövründə daha yaxşı səhiyyə xidməti iddiasına Twitter üzərindən belə reaksiya verib: “Son dörd ildə Tramp eyni şeyi söylədi. Təəssüf ki, xəstə yalançıdır və yeganə planı sözlərini təkrarlamaqdır. 20 milyon insandan sağlamlıq sığortasını götürdü və mövcud şərtlərə dəstəyi sona çatdırdı. Bu Trampın məğlub edilməsinin bir səbəbidir”.

Sanders Trampıın səhiyyə sığortası ilə bağlı tvit yazan bir şəklini paylaşaraq, bunları qeyd edib: “Obamanın (“Obamacare” kimi tanınan) tibbi sığortasından qat-qat üstün olan, daha ucuz və daha səmərəli tibbi sığortamız olacaq”.

Bir neçə gün əvvəl Sanders Twitter-dəki mesajında bu ölkədə keçiriləcək seçkilərin (3 noyabr) Trampla demokratiya arasındakı seçim olduğu barədə xəbərdarlıq etmişdi. /Deyerler/