QR CodeQR Code

Amerikalı senator Sanders: “Tramp xəstə yalançıdır”

13 Oct 2020 13:11

İslamTimes: ABŞ Senatındakı müstəqil senator prezident Donald Trampı xəstə yalançı adlandırıb.


Vermont senatoru Berni Sanders ABŞ-ın prezidenti Donald Trampın ikinci dövründə daha yaxşı səhiyyə xidməti iddiasına Twitter üzərindən belə reaksiya verib: “Son dörd ildə Tramp eyni şeyi söylədi. Təəssüf ki, xəstə yalançıdır və yeganə planı sözlərini təkrarlamaqdır. 20 milyon insandan sağlamlıq sığortasını götürdü və mövcud şərtlərə dəstəyi sona çatdırdı. Bu Trampın məğlub edilməsinin bir səbəbidir”.

Sanders Trampıın səhiyyə sığortası ilə bağlı tvit yazan bir şəklini paylaşaraq, bunları qeyd edib: “Obamanın (“Obamacare” kimi tanınan) tibbi sığortasından qat-qat üstün olan, daha ucuz və daha səmərəli tibbi sığortamız olacaq”.

Bir neçə gün əvvəl Sanders Twitter-dəki mesajında bu ölkədə keçiriləcək seçkilərin (3 noyabr) Trampla demokratiya arasındakı seçim olduğu barədə xəbərdarlıq etmişdi. /Deyerler/


Story Code: 891811

News Link :
https://www.islamtimes.org/az/news/891811/amerikalı-senator-sanders-tramp-xəstə-yalançıdır

Islam Times
  https://www.islamtimes.org