QR CodeQR Code

Tramp Somalidə olan ABŞ əsgərlərini çıxarmaq niyyətindədir

14 Oct 2020 08:03

İslamTimes: ABŞ prezidenti Donald Tramp Somalidə olan amerikalı əsgərləri ölkədən çıxarmaq niyyətindədir.


APA xəbər verir ki, “Bloomberg” nəşri bu barədə özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Somali hökumətinin ölkədəki vəziyyətə kifayət qədər nəzarət edə bilməməsini əsas gətirən ABŞ administrasiyası Trampın qoşunları çıxarmaq barədə qərarına mənfi reaksiya verib.

“ABŞ Somalidəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltsa, onsuz da ölkədə təhlükəsizlik məsələlərinə zəif nəzarət edən Somali hökumətinin nəzarəti də ciddi şəkildə azalacaq”, - deyə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauerin məsləhətçisi Kolin Tomas Censen agentliyə bildirib. Onun fikrincə, “Əş-Şabab” terror qruplaşması mövcud vəziyyətdən istifadə edə bilər.

“Bloomberg” xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və ABŞ Hərbi Qüvvələrinin Afrika Komandanlığının nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, ABŞ ordusu 2017-ci ilin ortalarında terrorçuluqla mübarizə çərçivəsində D.Tramp tərəfindən Somaliyə göndərilmişdi. Hazırda Somalidə əsasən xüsusi təyinatlılardan ibarət 700 amerikalı əsgər var.

 


Story Code: 891968

News Link :
https://www.islamtimes.org/az/news/891968/tramp-somalidə-olan-abş-əsgərlərini-çıxarmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org