QR CodeQR Code

Obamanın çağırılmamış qonağı həbs olundu

3 Aug 2011 17:45

IslamTimes - ABŞ prezidentinin iqamətgahını mühafizə edən şəxslər hasardan atılaraq Ağ Evin ərazisinə soxulan şəxsi həbs etdi.


Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Amerika telekanallarının canlı yayımına düşüb. Həmin vaxt Ağ Evdən canlı yayım verilirmiş.

Mühafizəçilər naməlum şəxsi yerə yıxaraq, onun qollarına qandal vurub.

Hadisə zamanı prezident Barak Obama Ağ evdə olub.

Hadisənin detalları araşdırılır.


Story Code: 89199

News Link :
https://www.islamtimes.org/az/news/89199/obamanın-çağırılmamış-qonağı-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org