QR CodeQR Code

İran-Azərbaycan münasibətlərini pozma cəhdləri davam edir

14 Oct 2020 14:22

İslamTimes: İran rəsmilərinin Ermənistanı işğalçı adlandırmasından və SEPAH-ın Azərbaycan tərəfdən Ermənistanla döyüşməyə hazır olduğunu bildirməsindən sonra bzi vətən xainləri Bakı-Tehran münasibətlərini korlamağa çalışır!


Publika.az xəbər verir ki, Report-a bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

“Yoxladıq, aldığımız məlumatlara əsasən, bu informasiya həqiqətəuyğun deyil. Bu cür məlumatların əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında artan münasibətləri zəiflətməkdir. Bu məlumatları tamamilə təkzib edirik. İran və Azərbaycan dost və qardaş ölkələrdir və bu dostluq və qardaşlıq əbədi olacaq, heç kim buna mane ola bilməz”, - diplomatik nümayəndəlikdən vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-də guya Azərbaycandan İran ərazisinə bir neçə mərmi atılmasından sonra İran artilleriyasının Azərbaycan ərazilərinə atəş açdığı yazılmışdı.


Story Code: 891991

News Link :
https://www.islamtimes.org/az/news/891991/iran-azərbaycan-münasibətlərini-pozma-cəhdləri-davam-edir

Islam Times
  https://www.islamtimes.org