QR CodeQR Code

Ərdoğan: Suriyadan Azərbaycana döyüşçü yollamamışam

IslamTimes , 14 Oct 2020 19:39

İslamTimes: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriyadakı terrorçuların Azərbaycana yollanması xəbərinin şayiə olduğunu bildirib


Ermənistan və Azərbaycan Respublikası arasında işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı hərbi qarşıdurma haqda danışan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan, Minsk Qrupunun münaqişə ilə əlaqəli tədbirlər üçün gecikdiyini söyləyib.

Türkiyə prezidenti çıxışı zamanı bir daha Azərbaycan Respublikasını dəstəkləyib və Dağlıq Qarabağ bölgəsinin Azərbaycana geri qaytarılmalı olduğunu bildirib.

Türkiyə prezidenti millət vəkilləri qarşısında danışarkən Ankaranın Ermənistanla döyüş üçün Suriyadakı silahlıları Azərbaycana göndərmədiyini bildirib.

Qeyd edək ki, bir çox KİV-də Suriyada hakimiyyətə qarşı döyüşən üsyançı dəstə rəhbərlərinin video çıxışı yayımlanıb. Suriyalı silahlılar Türkiyə prezidentinə onlara göstərdikləri köməyə görə mənəvi borclarını ödməyə hazır olduqlarını bildiriblər. Onlar Azərbaycana gələrək Ermənistanla döyüşlərə qatılmaq istədiklərini söyləyiblər.


Story Code: 892054

News Link :
https://www.islamtimes.org/az/news/892054/ərdoğan-suriyadan-azərbaycana-döyüşçü-yollamamışam

Islam Times
  https://www.islamtimes.org