0
Wednesday 14 October 2020 - 22:23

Tramp Baydendən tarixi bir fərqlə 17 pillə geridədir

Story Code : 892078
Tramp Baydendən tarixi bir fərqlə 17 pillə geridədir
"Guardian" nəşriyyəsi və "Opinium Research" mərkəzinin son sorğusu Co Baydenin amerikalıların dəstəyini qazanmaqda yeni bir rekorda imza atdığını göstərir. Sorğuda iştirak edənlərin 57 faizi Co Baydenə, 40 faizi isə hazırkı prezidentə səs verəcəklərini bildirib.

Co Baydeni dəstəkləyənlərin sayı CNN kanalının oktyabrın əvvəlindəki sorğusundan da bir qədər çoxdur. Sorğuların nəticələri Donald Trampı qorxuya salıb.

Florida Universitetinin bildirdiyinə görə bu günədək 10 milyondan çox amerikalı artıq səs vermədə iştirak edib.

Vaşinqton Post qəzetinin keçirdiyi sorğuda da Bayden 55 faiz səs toplayıb. Bu 1936-cı ildən sonra namizədlər arasındakı görünüməmiş fərqdir!
Source : IslamTimes