0
Wednesday 14 October 2020 - 22:44

Məğlubiyyət qorxusu yaşayan Tramp özünü "Supermen" kimi hiss etdiyini deyib

Story Code : 892087
Məğlubiyyət qorxusu yaşayan Tramp özünü "Supermen" kimi hiss etdiyini deyib
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bunu Pensilvaniya ştatındakı seçki mitinqində tərəfdarları ilə bir araya gəldiyi zaman söyləyib.

Tramp həkimlərin Covid-19 virusunun müalicəsi üçün ona hansı dərman verdiyini bilmədiyini, ancaq bunun "antibody" (immuniteti gücləndirmək üçün) dərmanı ola biləcəyini qeyd edib.

ABŞ prezidenti dərmanı qəbul etdikdən sonra çox tez sağaldığını və həkimlərə özünü "Supermen" kimi hiss etdiyini söylədiyini bildirib.

Tramp deyib ki, həkimlər ona bədəninin virus qarşısında immunitet qazandığını söyləyib və əlavə ediblər ki, kütləvi toplantılara qatılıb, hamını öpə bilər.

Seçkilərə sayılı günlər qala nüfuzu sürətlə aşağı enən Tramp həm kişiləri, həm də qadınları öpəcəyini bildirib.
Source : IslamTimes