0
Thursday 15 October 2020 - 11:07

Əfqanıstanda terror aktında 15 nəfər ölüb

Story Code : 892181
Əfqanıstanda terror aktında 15 nəfər ölüb
APA-nın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktı Zabul əyalətinin Kalat şəhəri yaxınlığındakı polis postunda törədilib.

Yerli polisin verdiyi məlumata görə, partlayıcı yüklənmiş yük maşını polis postunda partladılıb, hadisə nəticəsində 15 nəfər həlak olub, 26 nəfər yaralanıb.