0
Thursday 15 October 2020 - 11:41

Merkel: Bunun öhdəsindən gələ bilmərik

Story Code : 892183
Merkel: Bunun öhdəsindən gələ bilmərik
Publika.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel 16 əyalətin idarəçiləri ilə 8 saatlıq toplantıdan sonrakı çıxışında deyib.

Kansler bildirib ki, pandemiyanın ikinci dalğası həm səhiyyə sistemi, həm də iqtisadiyyata ciddi zərbə vuracaq.

COVID-19 səbəbilə Almaniyanın 250 milyard avro borc götürməli olduğunu bildirən hökumət başçısı məhz bu səbəbdən səhiyyə ilə yanaşı iqtisadiyyatlarının da ikinci dalğanın öhdəsindən gələ bilməyəcəyini qeyd edib.

O, əyalət başçılarından narazılığını dilə gətirərək pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlərin onu məmnun etmədiyini bildirib.