QR CodeQR Code

ABŞ-ın baş infeksionisti Trampın tam sağaldığını bəyan edib

15 Oct 2020 09:18

İslamTimes: “Prezident Tramp artıq tam sağalıb, onun kimsə yoluxdurmaq təhlükəsi yoxdur”.


APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında bildirib.

O, prezidentdən götürülən son testlərin nəticələrinə istinad edərək bu qənaətə gəldiyini bildirib.

Xatırladaq ki, ABŞ lideri və xanımı Melaniyanın oktyabrın 2-də yeni növ koronavirusa yoluxduğu bildirilmişdi. Oktyabrın 5-də isə Tramp müalicə olunduğu hospitaldan Ağ Evə qayıtmışdı.


Story Code: 892184

News Link :
https://www.islamtimes.org/az/news/892184/abş-ın-baş-infeksionisti-trampın-tam-sağaldığını-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org