QR CodeQR Code

Səudiyyə Ərəbistanı işğalçı İsraillə əlaqələri rəsmiləşdirməyin şərtini açıqlayıb

15 Oct 2020 13:43

İslamTimes: Səudiyyə Ərəbistanı işğalçı İsraillə əlaqələri rəsmiləşdirmək istəyən ərəb dövlətlərinə mane olmaq niyyətində olmadığını və Fələstin-İsrail danışıqlarında irəliləyiş olmayınca Təl-Əvivlə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib


SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Xarici işlər naziri Feysəl bin Farhan İsrail mətbuatına açıqlamasında bildirib.

Səudiyyə rəsmisi bildirib ki, ölkəsi hələ İsraillə əlaqələri rəsmiləşdirməyi düşünmür. O, bunun üçün münaqişə ilə bağlı Ərəb ölkələrinin 2002-ci ildəki siyasi təşəbbüsünün baş tutmasını, İsraillə Fələstin arasında bir irəliləyişin olmasını şərt olaraq irəli sürüb.

O həmçinin bildirib ki, Səudiyyə hazırda sionist rejimlə əlaqələri qurmaq istəyənlərə də mane olmaq niyyətində deyil.

Qeyd edək ki, BƏƏ və Bəhreynin işğalçı İsraillə saziş imzalamasından sonra Təl-Əvivlə rəsmi əlaqələrə başlayan ərəb dövlətlərinin sayı 4-ə çatıb.


Story Code: 892194

News Link :
https://www.islamtimes.org/az/news/892194/səudiyyə-ərəbistanı-işğalçı-israillə-əlaqələri-rəsmiləşdirməyin-şərtini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org