0
Thursday 15 October 2020 - 16:56

Yəməndə əsirlərin dəyişdirilməsinə başlanıldı

Story Code : 892225
Yəməndə əsirlərin dəyişdirilməsinə başlanıldı
Yəmənin Milli Qurtuluş Hökuməti ilə istefa vermiş hökumət arasında əsirlərin dəyişdirilməsi müqaviləsi əsasında bu gün 108 nəfər azad edilib.

Əl-Məsirə şəbəkəsinin verdiyi xəbərə görə, bu gün Yəmən ordusu və xalq komitələri üzvlərindən ibarət əsirləri daşıyan bir təyyarə Sion Hava limanından, eyni vaxtda istefaya göndərilmiş hökumətə bağlı əsirləri daşıyan digər təyyarə Səna Hava Limanından hərəkət edib.

Əsirlərin dəyişdirilməsi əməliyyatının birinci mərhələsi 17 oktyabr şənbə gününə qədər davam edəcək və bundan sonra razılaşmanın ikinci mərhələsi üzrə məsləhətləşmələr başlayacaq.

Bu gün Yəmən ordusunun və xalq komitələrinin 480 əsiri qarşı tərəfdəki 250 əsirlə, ikinci mərhələdə isə (sabah) Yəmən ordusunun 200 əsiri istefaya göndərilən hökumətin 251 əsiri ilə dəyişdiriləcək.

Sərbəst buraxılan əsirlər Səna Hava limanında vətəndaşlar və rəsmi şəxslər tərəfindən təntənəli şəkildə qarşılanıb.
Source : IslamTimes