QR CodeQR Code

Almaniya TV kanalı Şəhid General Qasim Süleymani haqda proqram hazırlayıb

IslamTimes , 15 Oct 2020 18:02

İslamTimes: Alman televiziya kanallarından biri Şəhid General Qasim Süleymani haqda sənədli film hazırlayıb.


Kanal Qasim Süleymanini Yaxın Şərqdəki ən güclü strateji nəzəriyyəçi və son on ildə İranın regional və qlobal gücünün artmasında böyük rolu olan insan kimi təqdim edərək, bu generalın terror edilməsinin İranı zəiflətməyəcəyini bildirib.

Almaniyanın "ZDF" kanalı Şəhid General Qasim Süleymaninin İran İslam İnqilabından şəhidlik zirvəsinə ucalanadək ən mühüm fəaliyyətlərindən, onun necə terror edilməsindən söz açıb.

Sənədli filmdə SEPAH-ın Qüds Qüvvələrinin komandanı General Qasim Süleymani Orta Şərqdəki ən güclü strateji nəzəriyyəçi kimi təqdim edilərək ona məntəqədə parlayan bir ulduz kimi hər kəs tərəfindən hörmət edildiyi bildirilib. Bu sənədli filmdə Şəhid Süleymaninin gənc yaşlarından şəhadət anınadək daim ön cəbhədə olduğu və ömrünün son bir neçə ilində İŞİD terrorçularına inanılmaz məğlubiyyətlər yaşatdığı qeyd edilib.


Story Code: 892235

News Link :
https://www.islamtimes.org/az/news/892235/almaniya-tv-kanalı-şəhid-general-qasim-süleymani-haqda-proqram-hazırlayıb

Islam Times
  https://www.islamtimes.org