0
Thursday 15 October 2020 - 22:34

Rusiya İrana qarşı silah embarqosunun bitməsini gözləyir!

Story Code : 892279
Rusiya İrana qarşı silah embarqosunun bitməsini gözləyir!
"İtar-Tass"ın məlumatına görə, gündəlik mətbuat konfransında çıxış edən Zaxarova bildirib ki, İrana tətbiq olunan silah embarqosu bu ölkənin nüvə proqramı ilə bağlı məsələlərin həllində hər hansı bir rol oynamır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Bildiyiniz kimi, yaxın günlərdə müddəti bitəcək embarqo BMT Təhlükəsizlik Şurasının 2015-ci ildəki qətnaməsi ilə tətbiq edilib. Tehran nüvə danışıqlarında daha tez ortaq nəticəyə varılması üçün könüllü olaraq bəzi məhdudiyyətləri qəbul etmişdi. Bütün tərəflər ilk gündən bu məhdudiyyətlərin İranın nüvə proqramı ilə əlaqəli olmadığını bilirdilər."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, İranın bir çox sahələrində Rusiyanın etibarlı tərəfdaşlarından biri olduğunu xatırladıb.

Bir neçə saat öncə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov da İrana qarşı silah embarqosu ilə bağlı deyib: "ABŞ-ın İrana qarşı silah embarqosunun müddətini uzatmaq üçün göstərdiyi bütün səylər bu günədək nəticəsiz qalıb və bundan sonra da səmərəsiz olacaq!"
Source : IslamTimes