QR CodeQR Code

Suriyada radikal qruplaşmaların silah anbarında partlayış baş verib

17 Oct 2020 12:16

İslamTimes: Suriyanın İdlib əyalətində Əl-Qaidənin sabiq qanadı “ən-Nusra Cəbhəsi” nin silah anbarında partlayış baş verib.


SalamNews RT-ə istinadla xəbər verir ki, hadisə İdlibin Salqin bölgəsində “ən-Nusra Cəbhəsi” nin (digər adı Heyət Təhrir-Şam) silah anbarında baş verib.

Bu partlayış nəticəsində mülki şəxslərdən 5 nəfər, radikal qruplaşma üzvlərindən isə 16 nəfər ölüb və yaralanıb.

Hadisənin hava zərbəsi nəticəsində baş verdiyi iddia edilir. Lakin “ən-Nusra Cəbhəsi” bunu təsdiqləməyib.

Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilib.


Story Code: 892535

News Link :
https://www.islamtimes.org/az/news/892535/suriyada-radikal-qruplaşmaların-silah-anbarında-partlayış-baş-verib

Islam Times
  https://www.islamtimes.org