0
Saturday 17 October 2020 - 12:16

Suriyada radikal qruplaşmaların silah anbarında partlayış baş verib

Story Code : 892535
Suriyada radikal qruplaşmaların silah anbarında partlayış baş verib
SalamNews RT-ə istinadla xəbər verir ki, hadisə İdlibin Salqin bölgəsində “ən-Nusra Cəbhəsi” nin (digər adı Heyət Təhrir-Şam) silah anbarında baş verib.

Bu partlayış nəticəsində mülki şəxslərdən 5 nəfər, radikal qruplaşma üzvlərindən isə 16 nəfər ölüb və yaralanıb.

Hadisənin hava zərbəsi nəticəsində baş verdiyi iddia edilir. Lakin “ən-Nusra Cəbhəsi” bunu təsdiqləməyib.

Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilib.