0
Saturday 17 October 2020 - 13:16

Tramp: Seçkidə məğlub olsam, ABŞ-ı tərk edə bilərəm

Story Code : 892558
Tramp: Seçkidə məğlub olsam, ABŞ-ı tərk edə bilərəm
Corciyada keçirilən seçki mitinqdə ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydeni ələ salaraq deyib: "Bayden kimi bir namizədə məğlub olsam artıq ABŞ-da mənim üçün yaşamağa yer olmayacaq!"

"Hill" informasiya agentliyinin məlumatına görə Tramp əlavə edib: "ABŞ siyasi tarixinin ən pis namizədinə qarşı rəqabət aparmaq mənə çətindir. Məğlub olduğumu təsəvvür edə bilirsiniz? Nə etməliyəm? Tarixin ən pis siyasətçisinə məğlub olduğumu deməliyəm. O zaman özümü yaxşı hiss etməyəcəyəm. Bəlkə ölkəni tərk etməli olacağam, bilmirəm..."

Tramp çıxışlarında dəfələrlə rəqibi Co Baydeni lağa qoyaraq, ona məğlub olmağın utanc verici olduğunu söyləyib.

Co Baydenin ünvanına olan bütün bu təhqirlər elə bir halda Trampın dilindən bəyan edilir ki, ABŞ-da seçkilərə üç həftədən az bir müddət qaldığı bu günlərdə Bayden Trampdan 17 faiz daha çox seçicinin etimadını qazanıb.
Source : IslamTimes